La Liqada dekabrın ən yaxşı baş məşqçisi - Dieqo Simeone

24 Dekabr 2024 00:20 İspaniya 493
La Liqada dekabrın ən yaxşı baş məşqçisi - Dieqo Simeone

İspaniya La Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Bu ada “Atletiko”nun baş məşqçisi Dieqo Simeone layiq görülüb.

Madrid təmsilçisi onun rəhbərliyi altında dekabrda “Sevilya” (4:3), “Xetafe” (1:0) və “Barselona”nı (2:1) məğlub edib.

“Atletiko” 18 turdan sonra 41 xalla La Liqada liderdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti