Yorulmusan, get, bir az dincəl! - İcazə verdi

22 Dekabr 2024 10:15 İspaniya 2 166
Yorulmusan, get, bir az dincəl! - İcazə verdi

“Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Vinisius Juniora əlavə istirahət verib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 24 yaşlı forvardın komandanın ötəngünkü məşqinə qatılmamasına icazə verib.

Hücumçu sarı vərəqə limitini aşması səbəbindən La Liqanın 18-ci turunda “Sevilya” ilə matçı (22 dekabr) buraxacaq. Lakin, Karlo oyun günü futbolçusunun kənarda istirahət etməsinə də icazə verib.

Məlumata görə, Vinisius Mayamiyə istirahətə yollanacaq. O, dekabrın 30-da kluba qayıdacaq.

Forvard bu yaxınlarda FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatına laiq görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti