Paytaxt təmsilçisi 18 yaşlı müdafiəçi ilə anlaşdı - Müqavilə 5 illik olacaq

22 Dekabr 2024 00:10 İspaniya 1 122
Paytaxt təmsilçisi 18 yaşlı müdafiəçi ilə anlaşdı - Müqavilə 5 illik olacaq

“Leqanes”in müdafiəçisi Lamin Fati “Real”a keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Tərəflər anlaşma ilə bağlı yekun razılığa gəliblər. Onun transfer dəyəri 120 min avro qiymətləndirilir.

18 yaşlı futbolçu karyerasına “Real”ın ikinci komandasında başlayacaq. Onun “kral klubu” ilə müqaviləsi 5 illik olacaq.

Madridlilər hazırda İspaniya çempionatının turnir cədvəlində 3-cüdür. Karlo Ançelottinin yetirmələri 17 oyundan sonra 37 xalla lider “Barselona”dan 1 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 08:20 9:1 necə udublar?