İndiyədək qarşılaşdığı ən çətin rəqibin adını açıqladı - “Barselona”nın ulduzu

17 Dekabr 2024 18:40 İspaniya 2 811
İndiyədək qarşılaşdığı ən çətin rəqibin adını açıqladı - “Barselona”nın ulduzu

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal karyerasında ən çətin rəqibinin kim olduğunu açıqlayıb.

Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, ispaniyalı David Raumu Avropa çempionatında keçməyin çox çətin olduğunu bildirib:

“David Raum indiyə qədər ən çətin rəqibim olub. Almaniya millisinin və “Leyptsiq”in sərt müdafiəçisi. Onu Avropa çempionatında keçmək çox çətin idi”.

17 yaşlı Yamal 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ildə başa çatacaq.

O, cari mövsümdə 21 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti