Braziliyalı müdafiəçi ilə yaxından maraqlanır - “Barselona”

13 Dekabr 2024 12:20 İspaniya 522
Braziliyalı müdafiəçi ilə yaxından maraqlanır - “Barselona”

“Monako”nun müdafiəçisi Enrike Kayo Fransa çempionatını İspaniya La Liqasına dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Tribal Football” nəşri məlumat yayıb.

“Barselona” braziliyalı futbolçunu transfer etməkdə maraqlıdır. Kataloniyalılar Kayonun Aleksandro Baldeyə yaxşı rəqib olacağına inanırlar.

27 yaşlı müdafiəçi 2020-ci ilin yayından “Monako”da çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ildə başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti