“Barselona”nın keçmiş baş məşqçisi Çin klubuna getdi

11 Dekabr 2024 18:20 İspaniya 675
“Barselona”nın keçmiş baş məşqçisi Çin klubuna getdi

“Barselona”nın sabiq baş məşqçisi Kike Setyen Çində çalışacaq.

Sportinfo.az xəbər verir ki, 66 yaşlı mütəxəssis “Beytszin Qoan”ın baş məşqçisi təyin edilib.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Setyen 2020-ci ildə “Barselona”nı çalışdırıb. Qvineya millisi, “Las Palmas” və “Betis”in də baş məşqçisi olmuş Setyen son olaraq “Vilyarreal”da işləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti