COP29

“Heç kimə qarşı qərəzlim yoxdur, səbirli olmaq lazımdır”

11 Dekabr 2024 15:20 İspaniya 393
“Heç kimə qarşı qərəzlim yoxdur, səbirli olmaq lazımdır”

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Arda Gülər və onun klubdakı karyerası barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Ardanın və Endrikin komandada qalacağını bildirib.

“Həm Endrick, həm də Arda Gülər komandada qalacaq. Heç kimə qarşı qərəzliyim yoxdur.

Mən həmişə komanda üçün ən yaxşısını etməyə çalışıram. İstər 18 yaşında olsun, istərsə də 40.

Meydana çıxara biləcəyim ən yaxşı komanda ilə hər matçda qalib gəlmək istəyirəm.

Gənc futbolçulara səbirli olmaq lazımdır. Onlar bəzi şeylərin zamanla olacağını öyrənməlidirlər”, - Ançelotti deyib.

Mətbuatda Ardanın və Endirikin transferi və icarəyə göndərilməsi ilə bağlı tez-tez məlumatlar yayılır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı
17 Yanvar 04:00 Onlar da başladılar