Van Dayka 3 illik müqavilə təklif edə bilər – “Real”

11 Dekabr 2024 00:10 İspaniya 396
Van Dayka 3 illik müqavilə təklif edə bilər – “Real”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk karyerasını İspaniya çempionatının top-klubunda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

33 yaşlı futbolçu ilə “Real” maraqlanır. “Kral klubu”nun rəhbərliyi müdafiədəki problemlərə görə müdafiəçi axtarır.

Buna görə də madridlilər niderlandlı oyunçuya 3 illik müqavilə təklif edə bilər.

Van Daykın “Liverpul”la hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu