"Bu, qəbuledilməzdir, çox məyus olmuşam"

9 Dekabr 2024 00:20 İspaniya 434
"Bu, qəbuledilməzdir, çox məyus olmuşam"

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının 16-cı turunun "Betis"lə (2:2) oyunu haqda fikirlərini bölüşüb.

Sportinfo.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandasının səfərdə qalib gələ bilməməsini bu cür şərh edib:

"Qələbə qazanmağa ehtiyacımız var idi. Ancaq yalnız qol buraxdıqdan sonra normal futbol nümayiş etdirməyə başladıq.

Bu, qəbuledilməzdir, çox məyus olmuşam. Görüş zamanı liderlərə istirahət verdim.

Qarşıda Çempionlar Liqası matçımız var. Artırmaq lazımdır. Çünki “Betis”ə qarşı oyunumuz alınmadı və çox qaçmalı olduq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”