COP29

1 milyard avroluq transfer – Ərəblər bu pulu ödəməyə hazırdır

8 Dekabr 2024 20:50 İspaniya 528
1 milyard avroluq transfer – Ərəblər bu pulu ödəməyə hazırdır

“Real Madrid” 2025-ci ilin yayında əsas ulduzlarından biri Vinisius Junior ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.

Mənbə yazır ki, braziliyalı karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək təklifi ilə razılaşıb.

24 yaşlı futbolçunun “Real”la müqaviləsində 1 milyard avroluq sərbəst qalma maddəsi var. “Əl-Əhli” də bu pulu ödəməyə hazırdır.

Bu, şübhəsiz ki, dünya futbolu tarixində ən bahalı transfer olacaq.

Vinisius bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “kral klubu” ilə müqaviləsi 2027-ci ilədək nəzərdə tutulub.

“Transfermarkt” portalına görə, futbolçunun transfer qiyməti 200 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti