COP29

Mbappe yenə penalti qaçırdı, “Real” Bilbaoda uduzdu - VİDEO

5 Dekabr 2024 10:20 İspaniya 515
Mbappe yenə penalti qaçırdı, “Real” Bilbaoda uduzdu - VİDEO

İspaniya çempionatının 19-cu turunda “Real Madrid” “Atletik”in qonağı olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Bilbao təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 53-cü dəqiqədə ev sahiblərinin hücumçusu Aleks Berenger açıb. 69-cu dəqiqədə Killian Mbappe penaltini reallaşdıra bilməyib.

79-cu dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib. 80-ci dəqiqədə “Atletik” Qorka Qurusetanın qolu ilə hesabda önə keçib.

“Real Madrid” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Atletik” isə 29 xalla dördüncü yerdədir.

Mbappe Çempionlar Liqasında “Liverpul”la oyunda da penaltini vura bilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti