“Barselona”nın 17 yaşlı futbolçusu oldu - Sentyabrın ən yaxşısı

6 Oktyabr 2024 01:30 İspaniya 1 440
“Barselona”nın 17 yaşlı  futbolçusu oldu - Sentyabrın ən yaxşısı

İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına “Barselona”nın futbolçusu Lamin Yamal layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

17 yaşlı vinger səsvermədə Kilian Mbappe (“Real”), İnyaki Uilyams (“Atletik”), Covani Lo Selso (“Betis”) və Karlos Visenteni (“Alaves”) qabaqlayıb.

Lamin Yamal sentyabr ayında “Barselona”nın heyətində ölkə çempionatında meydana çıxdığı 4 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?