“Barselona” Avropa çempionunu transfer etdi

9 Avqust 2024 21:20 İspaniya 727
“Barselona” Avropa çempionunu transfer etdi

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın “Leypsiq” klubundan Dani Olmo transfer edilib.

Tərəflər 26 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulacaq.

İspaniya yığması ilə AÇ-2024-ün qalibi olan Olmo ötən mövsüm Bundesliqa komandasında meydana çıxdığı 25 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti