COP29

UEFA millinin 2 futbolçusunu cəzalandırdı - Siyasi xarakterli mahnı oxumağa görə

9 Avqust 00:20 İspaniya 362
UEFA millinin 2 futbolçusunu cəzalandırdı - Siyasi xarakterli mahnı oxumağa görə

İspaniya millisinin yarımmüdafiəçisi Rodri və hücumçusu Alvaro Morata bir oyunluq cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Buna səbəb onların AVRO-2024-də qalib olduqları final görüşündən sonra qələbəni qeyd edərkən Cəbəllütariq dövləti haqqında siyasi xarakterli mahnı​ oxumasıdır.

UEFA bildirib ki, futbolçular davranış qaydalarını pozmaqda və idmançıya xas xarakter nümayiş etdirməməkdə təqsirli biliniblər.

Belə ki, Morata və Rodri İspaniyanın Millətlər Liqasının ilk turunda sentyabrın 5-də Serbiya ilə keçiriləcək oyununu buraxacaq.

AVRO-2024-ün finalında İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğub edərək çempion adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi