“Real” yeni müqavilə təklif etməyə hazırdır, lakin... Onun qərarını gözləyir

6 Avqust 2024 12:20 İspaniya 937
“Real” yeni müqavilə təklif etməyə hazırdır, lakin... Onun qərarını gözləyir

“Real”ın qapıçısı Andrey Lunin hələ də gələcəyi ilə bağlı qərar verməyib.

Sportinfo.az “Diario AS”-a istinadən xəbər verir ki, ukraynalı futbolçu hələ də qərarı ilə bağlı Madrid klubunun rəhbərliyinə məlumat verməyib.

“Real” Luninə yeni müqavilə təklif etməyə hazırdır, lakin futbolçu Tibo Kurtuaya görə ehtiyat oyunçular skamyasında oturmaq istəmir.

Eyni zamanda, qolkiper hələ də karyerasını davam etdirmək istədiyi klubu seçməyib.

Lunin “Real”dan ayrılmaq qərarına gəlsə, Madrid klubu Kepa Arrisabalaqanı yenidən “Çelsi”dən icarəyə götürməyə çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır