“Barsa”dakı maaşı ildə 12 milyon avro olacaq

19 İyul 2024 15:20 İspaniya 3 958
“Barsa”dakı maaşı ildə 12 milyon avro olacaq

İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyams “Barselona”ya keçməyə yaxındır.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, müqavilənin məbləği 60 milyon avro olaraq qiymətləndirilir.

22 yaşlı yarımmüdafiəçinin “Barsa”dakı maaşı ildə 12 milyon avro olacaq. Uilyamsın Kataloniya klubuna keçidinin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

İspaniyalı futbolçu ötən mövsüm La Liqada 31 oyun keçirib, 5 qol vurub və 11 məhsuldar ötürmə edib. O, İspaniya millisi ilə 2024-cü il Avropa çempionatının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti