Millinin oyunçusu yalnız “Barselona”ya keçmək istəyir – Az pula da razıdır

18 İyul 2024 10:20 İspaniya 847
Millinin oyunçusu yalnız “Barselona”ya keçmək istəyir – Az pula da razıdır

“Atletik”in vingeri Niko Uilyams karyerasını harada davam etdirəcəyinə qərar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu yalnız “Barselona”ya keçmək istəyir.

Tərəflər artıq danışıqlar aparır və sövdələşmənin şərtlərini razılaşdırıblar. Uilyams karyerasını Kataloniya klubunda davam etdirmək üçün maaşını azaltmağa da hazırdır.

Uilyams İspaniya millisi ilə birlikdə 2024-cü il Avropa çempionatının qalibi olub. O, İngiltərə yığması ilə final oyununda (2:1) qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti