Bir ildə dəyəri 100 dəfə artan futbolçu kimdir?

7 İyun 2024 18:40 İspaniya 892
Bir ildə dəyəri 100 dəfə artan futbolçu kimdir?

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin dəyəri bir il ərzində xeyli artıb.

Sportinfo.az xəbər verir ki, iyunun 7-də “Transfermarkt” portalı İspaniya La Liqasında oyunçuların bazar dəyərini yeniləyib.

21 yaşlı Lopesin dəyəri 30 milyon avroya (son qiymət 15 milyon idi) yüksəlib.

İspaniyalı yarımmüdafiəçi 2023-cü ilin iyununda cəmi 300 min avro dəyərində qiymətləndirilmişdi. Bir ildə onun dəyəri 100 dəfə artıb.

Lopes ötən mövsüm 42 matçda iştirak edib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti