Anlaşdığı futbolçu ilə müqavilə bağlamayacaq? - “Barselona”

30 May 2024 18:40 İspaniya 823
Anlaşdığı futbolçu ilə müqavilə bağlamayacaq? - “Barselona”

“Betis”in yarımmüdafiəçisi Quido Rodriges yay transfer pəncərəsində “Barselona”ya keçməyə bilər.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, müqavilənin bağlanmasında problemlər var.

Bildirilir ki, Rodriges və “Barselona” arasında ilkin razılıq əldə olunub. Lakin bu anlaşma pozula bilər.

“Barsa” hələ ki, argentinalı futbolçuya onu növbəti mövsüm üçün qeydiyyatdan keçirəcəklərinə zəmanət verə bilməz. Problem “Barselona”nın maliyyə çətinlikləridir.

30 yaşlı yarımmüdafiəçinin karyerasını davam etdirmək üçün başqa variantları da var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti