Hücumçusunu icarəyə göndərəcək - “Barselona”

1 May 2024 15:40 İspaniya 775
Hücumçusunu icarəyə göndərəcək - “Barselona”

“Barselona”nın hücumçusu Vitor Roke ilə bağlı planları məlum olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu yay transfer pəncərəsində braziliyalı futbolçunu icarəyə vermək qərarına gəlib.

Yaxın günlərdə klub rəhbərliyi 19 yaşlı forvardı öz qərarı ilə bağlı məlumatlandıracaq.

Roke ötən qış “Barselona”ya keçib. O, bütün turnirlərdə 13 matçda meydana çıxıb və 2 qol vurub.

Rokenin “Barsa” ilə müqaviləsi 2031-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti