COP29

Öz yetirməsi olan hücumçunu transfer etmək istəyir - "Barselona"

30 Aprel 01:30 İspaniya 298
Öz yetirməsi olan hücumçunu transfer etmək istəyir -

"Barselona" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi PSJ-nin futbolçusu Xavi Simonsu transfer etməkdə maraqlıdır.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

İspaniya klubu icarə əsasında "Leypziq"də çıxış edən hücumameyilli yarımmüdafiəçi üçün PSJ ilə danışıqlara başlayacaq.

Xavi Simons "Barselona"nın yetirməsidir. Niderlandlı futbolçu mövsümün əvvəlində "Leypziq"ə keçib.

21 yaşlı Simons Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 9 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti