"O, gələn mövsüm də komandamızda qalacaq"

28 Aprel 01:40 İspaniya 562
"O, gələn mövsüm də komandamızda qalacaq"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Güler haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssis türk yarımmüdafiəçinin növbəti mövsüm komandada qalacağını bildirib:

"Əlbəttə, Arda Güler gələn mövsüm də komandamızda qalacaq. Onun qeyri-adi qabiliyyəti var. Arda gələcək üçün layihəmizin mühüm hissəsidir".

"Real" Arda güleri mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib.

19 yaşlı futbolçu Madrid təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol vurub. Onun "kral klubu" ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti