"Real"da qalmağa qərar verdi - Fransa millisinin müdafiəçisi

26 Aprel 2024 21:40 İspaniya 774
"Real"da qalmağa qərar verdi - Fransa millisinin müdafiəçisi

Fransa millisinin müdafiəçisi Ferland Mendi "Real"da qalacaq.

Sportinfo.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun rəhbərliyi 28 yaşlı futbolçuya yeni müqavilə təklif edib.

2025-ci il iyunun 30-na qədər "Real"a məxsus olan Mendi özü də, iş yerini dəyişmək haqda düşünmür.

Yeni müqaviləyə əsasən o, 2028-ci ilə qədər İspaniya nəhənginin şərəfini qoruyacaq.

"Havr", "Lion" klublarında oynamış Ferland 2019-cu ildə "Real"a keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti