"Nə deməyimi istəyirsiz? Bəli, ayıbdır" - ŞİKAYƏTLƏNDİ

22 Aprel 15:20 İspaniya 326
"Nə deməyimi istəyirsiz? Bəli, ayıbdır" - ŞİKAYƏTLƏNDİ

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 32-ci turunun “Real”la oyunundan (2:3) danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, La Liqada avtomatik qol aşkarlamasının olmamasından şikayətlənib:

“La Liqada qolların avtomatik aşkarlanmasının olmaması təəssüf doğurur. Ter Ştegen dedi ki, avtomatik qol aşkarlamanın olmaması ayıbdır?

Nə deməyimi istəyirsiz? Bəli, ayıbdır”.

“El klassiko”da oyunun 28-ci dəqiqəsində “Barselona”nın cinah oyunçusu Lamin Yamal künc zərbəsindən yararlanaraq ayağını topa toxundurub.

Top qapı xəttini qismən keçib, lakin rəqib qapıçı Andrey Lunin topu geri qaytarıb.

Baş hakim Sezar Soto Qrado qol olmadığına işarə vursa da, bir neçə dəqiqə VAR hakimləri ilə məsləhətləşib. Nəticədə, hakim öz qərarını təsdiqləyib.

“Real” hazırda İspaniya çempionatının turnir cədvəlinə 81 xalla başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti