COP29

24 tura 24 xal yığdı, baş məşqçisi ilə yollarını ayırdı - İspaniya klubu

15 Fevral 00:10 İspaniya 272
24 tura 24 xal yığdı, baş məşqçisi ilə yollarını ayırdı - İspaniya klubu

“Rayo Valyekano” baş məşqçisi ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, İspaniya klubu Fransisko Rodriqesin müqaviləsinə xitam verib.

Madrid klubunun rəhbərliyi uğursuz nəticələrə görə bu addımı atıb. 24 turdan sonra “Rayo Valyekano” 24 xalla 14-cü pillədədir.

45 yaşlı ispaniyalı məşqçi Andoni İraolanı əvəzləmək üçün cari mövsüm başlamamış “arılar”ın düşərgəsinə dəvət edilsə də, komandanın əvvəlki səviyyəsini belə qoruyub saxlaya bilməyib.

Primero klubuna hansı məşqçinin dəvət ediləcəyi hələ ki, dəqiq deyil.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"