Tomas Tuxel "Barselona"da işləyəcək?

15 Fevral 2024 00:00 İspaniya 612
Tomas Tuxel "Barselona"da işləyəcək?

"Bavariya"nın çalışdırıcısı Tomas Tuxel "Barselona"da işləyə bilər.

Sportinfo.az xəbər verir ki, "Marca" nəşri almaniyalı mütəxəssisin Kataloniya klubunun rəhbərliyi ilə danışdığını, həmçinin "Barsa"da çalışmağa hazır olduğunu bildirib.

Xavi ilə mövsümün sonunda yollarını ayıracaq "Barselona" onu məhz Tuxellə əvəzləyə bilər. Çünki onun özü də, yeni mövsüm üçün "Bavariya"da qalmayacaq.

Hazırda danışıqların davam etdiyi və Tuxelin ispan dilində də öyrənməyə başladığı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!