“Barselona” rəhbərliyindən narazıdır - De Yonq

11 Fevral 2024 00:10 İspaniya 677
“Barselona” rəhbərliyindən narazıdır - De Yonq

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu mövsümün sonunda “Barselona”nı tərk etməyə hazırdır.

26 yaşlı oyunçu klub rəhbərliyindən narazıdır. Onun qərarına Xavinin baş məşqçi postunu tərk edəcəyi də təsir edib.

De Yonq 2019-cu ildən Kataloniya klubunda çıxış edir. O, bu mövsüm komandanın heyətində 15 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti