"Müqaviləm 2025-ci ilə qədər nəzərdə tutulub, amma..."

10 Fevral 01:40 İspaniya 254
"Müqaviləm 2025-ci ilə qədər nəzərdə tutulub, amma..."

“Real”ın qapıçısı Andrey Lunin Madrid klubundakı gələcəyindən danışıb.

Sportinfo.az xəbər verir ki, ukraynalı qolkiper komandada qalmaq arzusunda olduğunu deyib:

“İndi çox xoşbəxtəm, çünki daha çox oyun praktikası qazanıram. Meydanda hər şeyimi verməyə çalışıram.

Klubla müqaviləm 2025-ci ilə qədər nəzərdə tutulub, amma bu mövsümün sonunda nə olacağını hələ bilmirəm. Əlbəttə, karyeramı “Real”da davam etdirmək istəyirəm”.

Lunin bu mövsüm “Real”ın heyətində 15 oyun keçirib və 13 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti