“Barselona”nın hücumçusu Robert Levandovski komandadakı mövqeyi ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az xəbər verir ki, o, İspaniya klubunda xoşbəxt olduğunu bildirib:
“Burada çıxış edərkən özümü əla hiss edirəm. Ailəm də Barselonada yaxşı vaxt keçirir. İndi biz xoşbəxtik”.
35 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

