COP29

Cəzalandırılmayacaq!

8 Fevral 22:20 İspaniya 263
Cəzalandırılmayacaq!

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 23-cü turunun “Alaves”lə oyununda (3:1) hakim səhvləri barədə danışdığı üçün cəzalandırılmayacaq.

Sportinfo.az xəbər verir ki, oyundan sonra ispaniyalı mütəxəssis hücumçu Vitor Rokenin meydandan qovulmasının hakimlərin növbəti kobud səhvi olduğunu bildirib.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) müsabiqə komitəsi bu və digər açıqlamalarına görə Xavini cəzalandırmaq fikrində deyil. RFEF yalnız konkret hakimə qarşı ciddi və birbaşa ittihamları araşdırır.

Kataloniyalılar 23 oyundan sonra 50 xalla La Liqanın turnir cədvəlində üçüncüdürlər.

Digər Xəbərlər
Xəbər Lenti