Ronaldo yenidən Realın stadionunda meydana çıxacaq?

8 Fevral 2024 18:20 İspaniya 499
Ronaldo yenidən Realın stadionunda meydana çıxacaq?

“Real” yenilənmiş “Santyaqo Bernabeu” stadionunun açılış matçında “Əl-Nəsr”lə qarşılaşmaq istəyir.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi ötən bazar günü Səudiyyə Ərəbistanı klubuna təklif göndərib.

Oyun bu ilin sonunda baş tuta bilər.

“Real” “Əl-Nəsr”i arenanın təmirindən sonra “Santyaqo Bernabeu”da keçiriləcək ilk oyun üçün ideal rəqib hesab edir.

“Əl-Nəsr”in heyətində “Real”da 9 mövsüm keçirən və 15 titul qazanan hücumçu Kriştiano Ronaldo da oynayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti