Yeni baş məşqçi təyinatı ilə bağlı qərarını verdi - “Barselona”

7 Fevral 2024 00:00 İspaniya 1 385
Yeni baş məşqçi təyinatı ilə bağlı qərarını verdi - “Barselona”

“Barselona” yeni baş məşqçi təyinatı ilə bağlı qərarını verib.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi daha tanınmış bir məşqçi ilə razılaşa bilməsə, komandanı keçmiş futbolçusu Rafael Markesə tapşıracaq.

Klub artıq qərarında qətidir. Xavi cari mövsümün sonunda “Barselona”dan ayrılacağını elan etdikdən sonra prezident Xuan Laporta və idman direktoru Deku klub üçün inkişaf planı hazırlayıb.

Bu plana əsasən, “Barselona” avrokubok təcrübəsi olan məşqçi ilə müqavilə bağlamağa çalışacaq. İdeya reallaşdırılmasa, “Barselona” rəhbərliyi komandanı Markesə həvalə edəcək.

“Barselona”nın hazırkı baş məşqçisi Xavi ötən ay mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!