Üç aydan sonra “Barselona”ya geri döndü

6 Fevral 18:40 İspaniya 228
Üç aydan sonra “Barselona”ya geri döndü

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen zədəsini sağaldıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı qolkiper komanda ilə məşqlərə qatılıb.

O, üç aylıq fasilədən sonra komandasının növbəti matçında – “Qranada” ilə oyunda meydana çıxa biləcək.

Ter Ştegen belindəki ağrılar səbəbindən ötən ilin noyabr ayının 12-dən bəri oynamırdı. O, dekabrda əməliyyat olunub.

Digər Xəbərlər
Xəbər Lenti