Madrid derbisində niyə oynamayıb? – “Özünü narahat hiss edirdi”

6 Fevral 01:40 İspaniya 230
Madrid derbisində niyə oynamayıb? – “Özünü narahat hiss edirdi”

“Real”ın vingeri Vinisius Junior ötən gecə La Liqanın 23-cü turunda “Atletiko”ya qarşı matçda iştirak etməyib.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti görüşdən sonra 23 yaşlı hücumçunun bu oyunu buraxmasının səbəbini açıqlayıb:

“O, oynamaq üçün əlindən gələni etdi, amma zədəsi var idi. İsinmə hərəkətləri zamanı özünü narahat hiss edirdi.

Bizim seçimimiz var idi: Braim və ya Xoselu”.

“Real” “Atletiko” ilə heç-heçə edib – 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!