“Mən baş məşqçinin bu açıqlamasını gözləmirdim” – İdman direktoru

5 Fevral 2024 18:20 İspaniya 582
“Mən baş məşqçinin bu açıqlamasını gözləmirdim” – İdman direktoru

“Barselona”nın idman direktoru Deku komandanın baş məşqçisi Xavinin mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Deku ispaniyalı mütəxəssisin açıqlamasını gözləmədiyini bildirib:

“Mən Xavinin açıqlamasını gözləmirdim. Onunla gündən-günə işləyirdim və bir neçə həftə ərzində Vitor Roke ilə müqaviləyə bənzər müqavilələr imzalamağı planlaşdırırdıq.

Həmçinin Baldenin zədəsi səbəbindən yanvarda müqavilə imzalamağımız lazım olub-olmadığına qərar verirdik”.

Xavi La Liqanın 22-ci turunda “Vilyarreal”a məğlubiyyətdən (3:5) sonra mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayıb. O, 2021-ci ilin payızından komandaya rəhbərlik edir. “Barsa” İspaniya çempionatının turnir cədvəlində 50 xalla üçüncü yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti