"Narahat olmayın, komanda yaxşıdır və yaxşı futbol oynayır, bəxtimiz gətirmədi"

5 Fevral 12:20 İspaniya 277
"Narahat olmayın, komanda yaxşıdır və yaxşı futbol oynayır, bəxtimiz gətirmədi"

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 23-cü turunun “Atletiko” ilə oyununu (1:1) şərh edib.

Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, o, bu nəticəyə görə komandanı günahlandırmadığını deyib:

“Yaxşı oyun keçirdik, matça nəzarət etdik. Lakin bəxtimiz gətirmədi və sonda qol buraxdıq.

“Real” son dəqiqə qolları sayəsində bu mövsüm çoxlu oyun qazanıb, özümüzü günahlandırmaq lazım deyil.

Biz turnir cədvəlinə başçılıq edirik. Narahat olmayın, komanda yaxşıdır və yaxşı futbol oynayır. Bu, məndə gələcəyimizə inam verir”.

“Real” 23 oyundan 58 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Atletiko” La Liqada eyni sayda matçdan sonra 48 xal toplayıb və dördüncü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!