Xorvati yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadacaq – “Real”

4 Fevral 00:10 İspaniya 247
Xorvati yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadacaq – “Real”

Madrid "Real"ı Luka Modriçin klubdakı gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi xorvatiyalı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadacaq.

"Kral klubu" 38 yaşlı futbolçunun mövsümün sonunda başa çatan sözləşməsini daha bir il uzadacaq.

"Real" Luka Modriçi 2012-ci ilin yayında "Tottenhem"dən transfer edib.

Təcrübəli orta xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı25 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti