“Real” üzərində “yeni” yazılan video yayımladı, Mbappe yada düşdü - “Ninja tısbağası”

3 Fevral 01:40 İspaniya 226
“Real” üzərində “yeni” yazılan video yayımladı, Mbappe yada düşdü - “Ninja tısbağası”

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını “Real”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun mətbuat xidməti sosial şəbəkədə 2 fevral tarixini, həmçinin “yeni” yazısını əks etdirən video yayımlayıb.

Videoda tısbağanın siluetinin göründüyü anlaşılır.

Mbappe oxşar görünüşünə görə dəfələrlə məşhur animasiya serialı və filmindəki “Ninja tısbağası” ilə müqayisə edilib.

Mbappe 2018-ci ilin iyulunda PSJ-yə keçib, onun transfer məbləği 180 milyon avro olub.

Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Real” fransalı futbolçunu azad agent kimi almağı planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti