“Qovulmağa layiq biri deyil, mən onu klubdan çıxarmazdım”

2 Fevral 18:40 İspaniya 240
“Qovulmağa layiq biri deyil, mən onu klubdan çıxarmazdım”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Xavi haqda danışıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub prezidenti Xavinin istefaya göndərilməsi haqda düşünməyib:

“Belə fikirlərim olmayıb. Xavi qovulmağa layiq biri deyil.

Mən onu klubdan çıxarmazdım. O, klubumuzun uğuruna inanan birinci insandır.

Biz dəsmalı rinqə atmamışıq, hələ də La Liqada, Çempionlar Liqasında mübarizə aparırıq. K

ifayət qədər yaxşı heyətimiz var ki, “Napoli” ilə oyunda qələbə qazanaq”.

Yanvarın 27-də “Vilyarreal”a məğlub olduqdan sonra (3:5) Xavi mövsümün sonunda klubdan gedəcəyini açıqlayıb. O, “Barselona”ya 2021-ci ilin noyabr ayından rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti