“Qalatasaray”ın 5 milyon avro aldı, La Liqa klubuna satdı - Bu hücumçunu

2 Fevral 12:20 İspaniya 330
“Qalatasaray”ın 5 milyon avro aldı, La Liqa klubuna satdı - Bu hücumçunu

“Qalatasaray” Sedrik Bakambunu İspaniya təmsilçisi “Betis”ə satıb.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında razılığa əsasən, konqolu hücumçunun transferi “cim-Bom”a 5 milyon avro qazandırıb.

İstanbul nəhəngi 32 yaşlı ön xətt oyunçusunun performansına uyğun olaraq daha 5 milyon avro bonus əldə edə bilər. Bakambu La Liqa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.

Sedrik Bakambu “Qalatasaray”a 2023-cü ilin yayında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan keçib.

Hücumçu daha əvvəl, 2015-2017-ci illərdə İspaniyada “Vilyarreal”ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti