“Bura çətindir, amma mən daha pis şeylər görmüşəm” – “Barselona”nın ulduzu

1 Fevral 22:00 İspaniya 252
“Bura çətindir, amma mən daha pis şeylər görmüşəm” – “Barselona”nın ulduzu

“Barselona”nın yarımmüdafiəçisi Pedri La Liqanın 20-ci turunun “Osasuna” ilə oyununda qazandıqları qələbədən (1:0) sonra Kataloniya klubunun turnirdəki vəziyyətini şərh edib.

Sportinfo.az xəbər verir ki, o, qələbə üçün mübarizə aparmalı olduqlarını söyləyib:

“Düzdür, La Liqa çətindir, amma mən daha pis şeylər görmüşəm. Biz sona qədər çalışmalıyıq.

Məncə, buna layiq olan klub üçün mübarizə aparmalıyıq. Çalışacağıq ki, hər növbəti oyunda üç xal qazanmağa davam edək”.

22 oyundan 47 xalı olan “Barselona” İspaniya La Liqasının turnir cədvəlində dördüncü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!