”Bütün Türkiyə onun arxasındadır, amma bu uşağın 18 yaşı var, vaxtı gələcək”

1 Fevral 15:20 İspaniya 439
”Bütün Türkiyə onun arxasındadır, amma bu uşağın 18 yaşı var, vaxtı gələcək”

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bu mövsüm zədə problemlərinə görə çox az oynayan Arda Gülər ​​üzərində böyük təzyiq olduğunu və onu anladığını deyib.

Sportinfo.az xəbər verir ki, “Xetafe” ilə matç öncəsi mətbuat konfransı keçirən baş məşqçi Arda Gülərlə bağlı suala belə cavab verib:

“O, yaxşı irəliləyir. Fiziki cəhətdən hər gün yaxşılaşır və İspaniya futbolunun intensivliyinə öyrəşir.

Amma hər zaman dediyim kimi, səbirli olmaq lazımdır. Mən Ardaya olan təzyiqi anlayıram.

Çünki bütün Türkiyə onun arxasındadır. Amma bu uşağın 18 yaşı var. Onun vaxtı gələcək”.

Arda Gülər ​​Kral klubunda indiyə qədər ümumilikdə 59 dəqiqə oyunda olub.

Türk futbolçu Superkubok yarımfinalında “Atletico Madrid” və son səfərdə “Las Palmas” matçının son dəqiqələrində meydana daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti