Almana 1 illik yeni müqavilə təklif edəcək – "Real”

31 Yanvar 2024 18:20 İspaniya 684
Almana 1 illik yeni müqavilə təklif edəcək –

“Real” müqaviləsi mövsümün sonunda başa çatacaq Toni Kroosla bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun rəhbərliyi alman yarımmüdafiəçinin komandada qalmasını istəyir.

Madrid təmsilçisi 34 yaşlı yarımmüdafiəçiyə 1 illik yeni müqavilə təklif edəcək.

“Real” Toni Kroosu 2014-cü ilin yayında “Bayern”dən transfer edib. Almaniyalı futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 29 matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti