“Sevilya”dan ayrıldı, ərəb klubu ilə 2,5 illik müqavilə imzaladı

31 Yanvar 2024 00:10 İspaniya 610
“Sevilya”dan ayrıldı, ərəb klubu ilə 2,5 illik müqavilə imzaladı

“Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiç klubdan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb.

35 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubuna keçib. O, “Əl-Şəbab”la 2,5 illik müqavilə imzalayıb.

Rakitiç “Sevilya”nın yeni baş məşqçisi Kike Sançes Floresin rəhbərliyi altında az oyun şansı qazanmasından narazı idi.

Rakitiç 2020-ci ildə “Barselona”dan “Sevilya”ya keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti