“Real” onunla yeni müqavilə imzalamağa hazırlaşır

30 Yanvar 2024 18:40 İspaniya 698
“Real” onunla yeni müqavilə imzalamağa hazırlaşır

“Real” müdafiəçisi Daniel Karvahalla yeni müqavilə imzalamağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçuya bu mövsümün sonu başa çatacaq müqaviləni daha bir il müddətinə uzatmaq təklif olunacaq.

Müqavilə klubun 30 yaşdan yuxarı oyunçularla bir ildən çox müqavilə imzalamaması qaydasına uyğundur.

Karvahal 2013-cü ildən Madrid təmsilçisində oynayır. O, bu mövsüm La Liqada 16 matçda meydana çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti