“Barselona”dan gedəcəyini fevralda elan etməyi planlaşdırıbmış - XAVİ

29 Yanvar 22:00 İspaniya 242
“Barselona”dan gedəcəyini fevralda elan etməyi planlaşdırıbmış - XAVİ

“Barselona”nın baş məşqçisi Xavi klubdan ayrılacağını fevralın sonunda, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə ilk matçının keçirilməli olduğu vaxt elan etməyi planlaşdırıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssisin 2023/2024 mövsümünün sonunda “Barselona”nı tərk etmək qərarı ötən həftəsonu məlum olub.

Xavi 2021-ci il noyabrın 6-da “Barselona”nın baş məşqçisi təyin edilib.

Bu müddət ərzində 44 yaşlı mütəxəssis kataloniyalılarla iki kubok – İspaniya çempionatı və ölkə superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti