Onların bu görüntüləri gündəm oldu - VİDEO+FOTO

29 Yanvar 03:00 İspaniya 367
Onların bu görüntüləri gündəm oldu - VİDEO+FOTO

"Real Madrid”in məşqindən yayımlanan görüntülər gündəm olub.

Sportinfo.az xəbər verir ki, yayılan görüntülərdə klubun türkiyəli oyunçusu Arda Gülerin bir neçə komanda yoldaşı ilə məşqindən kadrlar yer alıb.

Cud Bellinqem, Federiko Valverde və Arda Güler arasındakı paslaşma gənc türkiyəli futbolçunun komandaya uyğunlaşmaqda heç bir probleminin olmadığını göstərib.

Xatırladaq ki, aldığı ardıcıl üç zədədən sonra yanvarın əvvəlində transfer olunduğu “Real Madrid”də ilk dəfə forma geyinən futbolçu komanda ilə məşqlərini davam etdirir.

“El Gol Digital” qəzetinin yazdığı son xəbərə görə, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti La Liqada son matçda heyətə düşməməsinə sərt reaksiya verən Arda Güleri icarəyə vermək fikrindədir. H

əmçinin Arda Gülerin “Real Sosyedad”a icarəyə veriləcəyi də bildirilib.

Belə ki, 18 yaşlı gənc futbolçu “Almeria” ilə qarşılaşmada şok hərəkəti ilə İspaniya mediasında böyük səs-küyə səbəb olub.

Heyətdə yer aldığı son üç qarşılaşmada oyuna daxil ola bilməyən Arda Güler isinmə jiletini qəzəblə yerə atıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!