"Yayda ayrılmaq istədiyini dedi, mən də qəbul etdim"

29 Yanvar 2024 00:10 İspaniya 540
"Yayda ayrılmaq istədiyini dedi, mən də  qəbul etdim"

"Barselona"nın prezidenti Xoan Laporta mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Xavi Hernandes haqda danışıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri baş məşqçinin fikrinə hörmətlə yanaşdığını bildirib:

"Xavi mövsümü burada bitirmək və yayda ayrılmaq istədiyini dedi. Mən də onun istəyini qəbul edirəm.

Bu, onun seçimi idi. Xavi "Barselona"nın əfsanəsidir. Dürsüst insandır, qürurlu davranışları var. Hazırda birlikdə olmalıyıq".

Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nın baş məşqçisidir. Komanda ispan mütəxəssisin rəhbərliyi altında bir dəfə La Liqanı, bir dəfə isə İspaniya Superkubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!