Özünə yüksək maaş verməyə hazırdırlar - Amma transferə pul ödəmək niyyətində deyillər

28 Yanvar 01:40 İspaniya 378
Özünə yüksək maaş verməyə hazırdırlar - Amma transferə pul ödəmək niyyətində deyillər

Səudiyyə Ərəbistanı klubları "Betis"in yarımmüdafiəçisi İsko üçün hərəkətə keçib.

Sportinfo.az xəbər verir ki, təcrübəli futbolçunu “Əl-Nasr”, “Əl-Əhli”, “Əl-Hilal” və “Əl-İttihad” klubları istəyir.

İspaniyalını transfer etmək istəyən klub onun üçün 20 milyon avro ödəməlidir.

Səudiyyəlilər İskonun özünə yüksək maaş təklif etməyə hazırdırlar. Amma transferə pul ödəmək niyyətində deyillər.

İsko 2023-cü ilin yayında azad agent Əndəlusiya klubuna keçib. Bu mövsüm 31 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 27 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

O, karyerası ərzində "Valensiya", "Malaqa", "Real", "Sevilya" komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!