"Getməyimlə bağlı söz-söhbətlər var, amma mən hələ də burdayam"

28 Yanvar 00:10 İspaniya 231
"Getməyimlə bağlı söz-söhbətlər var, amma mən hələ də burdayam"

“Barselona”nın baş məşqçisi Xavi klubdakı gələcəyindən danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis klub rəhbərliyinin ondan razı olduğunu bildirib:

“Rəhbərlik mənə ayrılmağı unutmağı məsləhət görür. Onlar layihədən razıdırlar, klub prezidenti bununla fəxr edir və biz artıq idman direktoru Deku ilə növbəti mövsüm üçün məsələləri müzakirə edirik.

Avqust ayından getməyimlə bağlı söz-söhbətlər var, amma mən hələ də burdayam.

Gələcəyimlə bağlı sakitəm. Artıq iki il yarımdır ki, burdayam. Pep Qvardiola dörd il, Luis Enrike üç il burada idi.

Elə bir vaxt gələcək ki, mən getməli olacam, arxayın olun”.

Xavi 2021-ci ildən “Barselona”nı çalışdırır. Komanda hazırda La Liqada 20 oyundan sonra 44 xalla 3-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti